Ermənistan baş naziri Nikol Paşinyan iqtisadi göstəricilərə toxunaraq qeyd etdi ki, qənaətbəxş mənzərə var.
“Bu gün Ermənistan Respublikasının iqtisadiyyatı inkişaf edir. Bilirsiniz ki, yanvar-sentyabr aylarında iqtisadi fəallıq indeksi 14,1 faiz təşkil edib. Bu son dərəcə vacib göstəricidir. Bu temp bizə 2020-ci ildə pandemiya və müharibənin yaratdığı iqtisadi çətinlikləri aradan qaldırmaq və iqtisadi inkişaf tempimizi bərpa etmək imkanı verir”,- deyə Nikol Paşinyan qeyd etdi.