ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays oktyabrın 31-də Soçidə keçirilən Paşinyan-Putin-Əliyev görüşünə toxunub. O qeyd edib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında danışıqlara və sülhə sadiqdir.
Onun sözlərinə görə, Yerevan və Bakı da sülhə nail olmaq niyyətlərini bildiriblər. O həmçinin bildirdi ki, dövlət katibi Entoni Blinken yaxın vaxtlarda Ermənistan və Azərbaycan rəhbərliyi ilə təmasda olacaq.
“Biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasına kömək edəcək hər şeyi edəcəyik”,- deyə Prays qeyd etdi.