Noyabrın 1-də ER parlamentinin sədr müavini Ruben Rubinyan Ermənistana gələn Avropa Parlamentinin deputatlarını qəbul edib.
Ruben Rubinyan Avropa Parlamentinin həmkarlarına Ermənistanı dəstəklədiklərinə görə təşəkkür edib.
Parlament sədrinin müavini Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı genişmiqyaslı təcavüzü barədə ətraflı məlumat verib.
Rubinyan Ermənistan tərəfinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı mövqeyini təqdim edib.
O, Azərbaycanın nəzarətinə keçən ərazilərdə erməni tarixi və mədəni irsinin risk altında olduğunu da vurğulayıb.
Görüş zamanı tərəflər bütün regionda sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıblar.