Noyabrın 1-də ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya məsələləri üzrə müavini, səfir Erin Elizabet Mıkini qəbul edib.
Həmsöhbətlər ABŞ BİA-nın Ermənistanda həyata keçirdiyi proqramlara toxunub, əməkdaşlığın daha da genişləndirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Xarici işlər nazirinin müavini Ermənistanda demokratiyanın möhkəmləndirilməsində və islahatların həyata keçirilməsində ABŞ və xüsusilə BİA ilə əməkdaşlığın rolunu vurğulayıb.
Həmsöhbətlər həmçinin regional və beynəlxalq gündəliyin bir sıra məsələlərini müzakirə ediblər.
Bu kontekstdə Paruyr Hovhannisyan Erin Elizabet Mıkiyə Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı son təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib.
ER-nin təsirlənmiş sərhəd zonalarında humanitar məsələlərin həlli istiqamətində mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.