Azərbaycan və Ermənistan münaqişənin həllində Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər.
Bunu jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi.
“Tərəflər vasitəçilik səylərimizi davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyiblər, ona görə də iş davam etdiriləcək”, - Peskov bildirib.