Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə KTMT-nin baş katibi noyabrın 23-də Yerevanda keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlıq prosesi, eləcə də Kollektiv Təhülkəsizlik Şurasının bir sıra ayrı göstərişlərin həyata keçirilməsi barədə məlumat verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Tərəflər təşkilatın məsuliyyət zonasındakı vəziyyəti, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş fövqəladə sessiyasının nəticələrini müzakirə ediblər.
"KTMT sentyabrda Ermənistana göndərilmiş missiyanın nəticələrinə əsasən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı tövsiyələrin hazırlanması üzərində işi davam etdirir", - deyə Zas bildirib.