Soçidə Ermənistan Baş naziri Nikol Paşinyan, Rusiya Federasiyasının Prezidenti və Azərbaycanın prezidenti İlham Əliyev arasında görüş baş tutub.
Vladimir Putin qeyd etdi ki, bu görüş çox faydalı olub.
“Bizim ümumi fikirimizə görə bu faydalı görüş oldu. Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açıq deməliyəm ki, hər şeyi razılaşdıra bilmədik”.
Putin qeyd etdi ki, ümumilikdə vəziyyətin nizamlanmasına istiqamətlənən gələcək addımlar üçün şərait yaranıb.
“Ümumilikdə deyəndə indiki vəziyyəti və yaxın keçmişi, iki il bundan qabaqkı hadisələri nəzərdə tuturam. O zaman biz prinsipial məsələlərlə bağlı razılığa nail olmuşduq. Bugünkü müzakirələr də onu deyir ki, biz ölkələrimizin gələcəyi barədə razılığa gələ bilərik. Rusiya öz tərəfindən hər şeyi edəcək ki, yekun və hərtərəfli nizamlanmaya nail olunsun”, - deyə Putin vurğulayıb.