Respublika Prezidenti Vahagn Xaçaturyan Türkiyə parlamentinin üzvü Karo Paylanı qəbul edib.
Prezident Xaçaturyan erməni deputatın Ermənistana səfərini alqışlayıb.
Söhbət zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ilə bağlı məsələlərin geniş spektri, iki dövlət arasında sərhədlərin açılması imkanları və perspektivləri müzakirə olunub.
Qarabağ probleminin həllinə, regionda sabit və davamlı sülhün bərqərar olmasına, ümumerməni gündəminin problemlərinə də toxunulub.