Rusiya üçtərəfli sammit zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsində irəliləyişə ümid edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirdi.
Nazir müavini qeyd etdi ki, hələ də çoxlu problemlər var.
“Ümid edirik ki, bu görüş bir sıra məsələlər barədə, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda irəliləməyə imkan verəcək”,- deyə o qeyd etdi.
ER baş naziri Paşinyan dünən Soçi sammitində Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilə qədər uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirib.