USAID-in Avropa və Avrasiya Bürosunun rəhbəri Erin Elizabet Mıkki Cənubi Qafqaz regionuna səfəri çərçivəsində oktyabrın 30-dan noyabrın 2-dək Ermənistanda olacaq.
Səfir Mıkkinin səfəri ABŞ və Ermənistan arasında ortaq demokratik dəyərlərə və iki xalq arasında çoxillik münasibətlərə əsaslanan tərəfdaşlığı təşviq edəcək.
Səfir ilə yanaşı, Avropa və Avrasiya Bürosunun rəhbərinin müavini doktor Aleksandr Sokolovski də Ermənistana səfər edəcək.
Səfir Mıkkinin ER parlamentinin sədri Alen Simonyan, baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və Ermənistanın Ombudsmanı Kristinne Qriqoryanla görüşləri olacaq.