Soçidə keçirilən Paşinyan-Putin görüşü çərçivəsində regional kommunikasiyaların bloklanması ilə bağlı da fikir mübadiləsi aparılıb. ER baş naziri vurğulayıb ki, Ermənistan bu məsələdə çox maraqlıdır.
“Biz 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndini və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatı əsas götürərək aydın addımlar atmağa hazırıq. Bu baxımdan, biz həmçinin Dağlıq Qarabağda sülhün qorunması haqqında fərmanınızın 3-cü bəndini və əldə etdiyimiz razılaşmaları ifadə edən 9 noyabr 2020-ci il tarixli videomüraciətinizi əsas götürürük.
Məsələnin mahiyyəti belədir: Ermənistan ərazisindən keçən kommunikasiyalar Ermənistan Respublikasının tam nəzarəti altında olmalı və Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq işlədilməlidir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti yuxarıda qeyd olunan razılaşmaların icrasına nəzarət etməlidir”, - ER baş naziri bildirib.