ER baş naziri RF prezidenti ilə görüşündə Azərbaycan tərəfindən Artsaxın Parux kəndinə soxulması məsələsini qaldırıb və Azərbaycan qoşunlarının çıxarılmasının vacibliyini vurğulayıb.
“Azərbaycan qoşunlarının bu ilin mart ayında soxulduğu Dağlıq Qarabağdakı Rusiya sülhmərmalılarının məsuliyyət zonasından çıxarılması məsələsi bizim üçün çox vacibdir. Yüksək səviyyəli razılaşmaya baxmayaraq, Azərbaycan qoşunları hələ də Dağlıq Qarabağdakı Rusiya sülhməramlıların məsuliyyət zonsaından çıxarılmayıb. Bugünkü müzakirələr zamanı bu məsələnin həllini gözləyirik”- deyə ER baş naziri qeyd edib.
Nikol Paşinyan həm də Ermənistan-Azərbaycan delimitasiya prosesinə toxunub.
“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya prosesinə gəlincə, işlərə başlamazdan əvvəl biz dəfələrlə vurğulamışıq ki, prosesdən əvvəl Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsini artırmaq üçün mexanizmlər yaradılmalıdır. Rusiyanın mövqeyi ondan ibarət idi ki, delimitasiya prosesi özü sərhəd təhlükəsizliyi mexanizminə çevriləcək. Düzünü desəm, o zaman biz o mövqe ilə razılaşmamışdıq, lakin sonda strateji müttəfiqimiz Rusiyanın şərhinə arxalanmaq qərarına gəldik”, - deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri vurğulayıb ki, buna baxmayaraq, bu il sentyabrın 13-də Azərbaycan Ermənistana qarşı yeni təcavüzə başlayıb və yeni əraziləri işğal edib:
“Bizim üçün Azərbaycan qoşunlarının 2021-ci il mayın 11-dək mövqelərini geri çəkməsi zərurəti haqqında Rusiya Federasiyasının aydın mövqeyi olduqca vacibdir”, - deyə Nikol Paşinyan yekunlaşdırıb.