Askeran rayonunun İvanyan icmasında müharibə nəticəsində köçkün düşmüş sakinlər üçün yeni məhəllənin tikintisi davam edir.
Bu barədə Artsax Şəhərsalma Nazirliyinin Facebook səhifəsində məlumat yayılıb.
107 fərdi evdən 86-sı “Hayastan” Ümumerməni Fondunun vəsaiti ilə, 21-i Artsax dövlət büdcəsinin vəsaiti ilə tikilir. İlin sonunadək 60 yaşayış evinin istifadəyə verilməsi planlaşdırılır.