ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya Bürosunun rəhbəri Erin Mıkinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Erməni Soyqırımı Memorialını ziyarət edib.
Erməni Soyqırımı Muzey-İnstitutunun elmi işlər üzrə direktor müavini Edita Qzoyan qonaqları salamlayaraq, memorial kompleksin yaranma tarixini təqdim edib.
O, Osmanlı İmperiyasında ermənilərə qarşı törədilən cinayətin mərhələlərini, üsullarını, səbəb və nəticələrini təqdim edərək, Erməni Soyqırımının tarixinə qısaca toxunub.
Erin Mıki erməni Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, sonra qonaqlar əbədi məşəl önünə gül dəstələri düzüb, Erməni Soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.