Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan qeyd etdi ki, son zamanlar, bütün ermənilərin diqqəti Ermənistan-Azərbaycan danışıqlarına yönəlib.
Təklif olunan prinsiplər və yanaşmalar qəbul olunduğu və həyata keçirildiyi təqdirdə həm Artsax Respublikası və onun xalqı, həm də Ermənistan və regionun digər ölkələri üçün həlledici əhəmiyyətə malik olacaq.
“Məhz buna görə də səhv etməyə haqqımız yoxdur, çünki istənilən səhv ölümcül ola bilər.
Əminik ki, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu inkar edən, münaqişənin ədalətli həlli perspektivlərindən məhrum edən və Artsaxın mövcudluğunu şübhə altına alan bu təkliflər və prinsiplər birdəfəlik rədd edilməlidir.
Bu, təkcə Artsax Respublikasının maraqlarından deyil, həm də bütün ermənilərin maraqlarından irəli gəlir, çünki Ermənistan Respublikası və Artsax Respublikası vahid vətən və ayrılmaz dəyər və maraqlar təşkil edir”,- deyə Arayik Harutuyunyan qeyd etdi.
Artsax Prezidenti Ermənistanın baş nazirinin Rusiyanın təqdim etdiyi prinsiplər və parametrlər əsasında Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması istiqamətində işləməyə razılıq verdiyi barədə bəyanatını alqışladı.
Prezident qeyd etdi ki, mövcud çağırışları və məhdud imkanları nəzərə alaraq, Rusiyanın təklifləri əsasən Artsaxın təhlükəsizliyini təmin etməyə imkan verən və onun gələcəyini sual altına qoymayan minimum standartlara uyğundur.
“Ümid edirik ki, oktyabrın 31-də keçiriləcək üçtərəfli sammit nəticəsində Artsaxın taleyi ilə bağlı elementləri gücləndirmək mümkün olacaq. İlk növbədə, söhbət Artsaxda yerləşən Rusiya sülhməramlı qoşunlarının missiyasının qeyri-müəyyən müddətə uzadılmasından gedir.
Onların Artsaxda olması həyati əhəmiyyət kəsb edir, çünki 2020-ci ilin noyabrından Rusiya sülhməramlıları Artsax Respublikasının və onun xalqının təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyırlar.
“Valday” Beynəlxalq Klubunun iclası zamanı Rusiya Federasiyası Prezidentinin bəyanatı bu məqsədlərin tamamilə həyata keçirilə biləcəyinə müəyyən ümidlər yaradır.
Biz gözləyirik ki, Artsax Respublikasının həyati maraqları və ilk növbədə, Artsax xalqının öz müqəddəratını təyin etmək üçün ayrılmaz hüququ qarşıdakı danışıqlar zamanı tam şəkildə müdafiə olunacaq.
Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə tanınması və bu hüququn həyata keçirilməsinin nəticələrinin alternativi yoxdur”,- Arayik Harutyunyan vurğuladı.