Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak edib və çıxışında Ermənistan-Azərbaycan münasibətlərinə toxunub. O qeyd edib ki, Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli həlli üçün əlindən gələni edir:
"Bizim həm Yerevan, həm də Bakı ilə böyük əlaqələrimiz var. Bunları nəzərə almamaq sadəcə mümkün deyil. Biz hamımız sözsüz ki, olduqca çətin vəziyyətdəyik. Lakin biz problemdən və bizə, Rusiyaya yaxın olan dövlətlərin aralarındakı ziddiyyətlərdən kənarda dura bilmərik və bu problemin sülh yolu ilə həllinə yardım etməyə hazırıq. Ümumilikdə biz, Cənubi Qafqazın sakit və stabil inkişaf edən region olmasında maraqlıyıq".