Oktyabrın 28-də Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.
Tərəflər Aİ-nin monitorinq potensialı missiyasının mandatı çərçivəsində həyata keçirilən addımların gedişatını müzakirə ediblər.
Həmsöhbətlər Ermənistan-Azərbaycan danışıqlar prosesinə də toxunublar.