Oktyabrın 27-də -nın spikeri Alen Simonyan MDB ölkələrinin Parlamentlərarası Assambleyasının plenar iclasında iştirak edib.
Alen Simonyan qeyd etdi ki, 2022-ci ilin sentyabrın 13-də Azərbaycan silahlı qüvvələri beynəlxalq hüququ və atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan Respublikasının suveren ərazisinə qarşı genişmiqyaslı silahlı təcavüzə başlayıb.
“Azərbaycanın hücum əməliyyatları nəticəsində Ermənistan tərəfində yüzlərlə həlak olan, yaralılar, itkinlər və hərbi əsirlər, həmçinin bir neçə minlərlə məcburi köçkünlər var.
Mülki əhali arasında həlak olanlar var, mülki infrastruktura xeyli ziyan dəyib. Ermənistanın suveren ərazisinin bəzi hissələri Azərbaycan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu hücumlardan əvvəl 2021-ci ilin may, iyun və noyabr aylarında da təcavüzlər olub.
Təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən pislənən bu cinayətlər Azərbaycan cəmiyyətində geniş rəğbət qazanıb. Bu kontekstdə düzgün beynəlxalq araşdırma aparılmalı və bu cinayətləri törədən şəxslər məsuliyyətə cəlb edilməlidir.
Ermənistan Cənubi Qafqaz regionunda və bütün MDB məkanında uzunmüddətli və ədalətli sülhün bərqərar olmasına sadiqdir, təhdid və məcburetmə siyasəti bizim üçün qəbuledilməzdir.
Yaradılmış vəziyyətlə bağlı biz Kollektiv Təhlükəsizlik Müqavilənin 4-cü maddəsinin müddəalarına uyğun olaraq Ermənistana zəruri, o cümlədən hərbi yardımın göstərilməsi xahişi ilə KTMT-yə müraciət etdik. Sorğuya cavab olaraq Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası çağırılıb, nəticədə vəziyyətin yerində monitorinqi və araşdırılması üçün Ermənistana missiya göndərilib. Missiya artıq öz işini başa çatdırıb, nəticə və təkliflərini təqdim edib.
Təəssüf ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın mətninin manipulyasiyası Azərbaycanın siyasətinə çevrilib. Bu da onda görünür ki, Ermənistan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının prezidenti və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış bəyanatda Dağlıq Qarabağın mövcudluğunun açıq şəkildə ifadə olunmasına baxmayaraq, Azərbaycan qeyd etdir ki, Dağlıq Qarabağ yoxdur”,- deyə Alen Simonyan qeyd etdi.
ER Parlamentinin spikeri vurğuladı ki, Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə erməni tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanması məsələsi son dərəcə vacibdir.