Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib.
Bu barədə Baş nazir Nikol Paşinyan özünün Twitter mikrobloqunda yazıb.
“Biz bunu Soçidə təsdiqləməyə hazırıq. Ümid edirik ki, Rusiya öz təkliflərini müdafiə edəcək”.
Xatırladaq ki, Rusiya prezidentinin təklifi ilə oktyabrın 31-də Soçidə Paşinyan-Putin-Əliyev görüşü nəzərdə tutulub.