MDB Parlamaentlərarası Assambleyasının plenar iclasının yekunlarına dair birfinqdə Alen Simonyan qeyd etdi ki, həmkarlarına Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı sentyabr ayında törətdiyi silahlı təcavüzü ilə bağlı ətraflı məlumat təqdim edib.
Alen Simonyan vurğulayıb ki, 2022-ci ildə sentyabrın 13-də Azərbaycan məhz Ermənistan Respublikasının ərazisində təcavüz törədib. Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub.
“Hesab edirik ki, güc tətbiq etməsi regionda Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasına yönəlmiş prosesləri pozur. Tərəfdaşlarımızın vəziyyətlə bağlı təqdim edəcəyi siyasi qiymət Ermənistan üçün də vacibdir”, - deyə Alen Simonyan bildirib.
ER parlamentinin rəhbərinin sözlərinə görə, parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq ER Parlamenti üçün vacibdir.