Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında Qarabağ probleminə və danışıqlar prosesinə toxundu.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır və Rusiya iki ölkə arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir.
“Mövqeyimiz ondan ibarətdir ki, sülh müqaviləsi lazımdır və biz sərhəd məsələsinin dinc yolla tənzimlənməsi və həllini dəstəkləyirik. Hansı variantı seçmək isə artıq Ermənistanın, Ermənistan rəhbərliyinin və erməni xalqının işidir. Biz heç nəyə məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə etməyəcəyik. Bütün hallarda hansı variant olursa olsun, sülhə gətirib çılxaracaqsa, biz bunun yalnız tərəfdarıyıq”.