Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının iclası başlayıb.
İclasda 10-dan çox sənədin qəbul ediləcəyi nəzərdə tutulub.
MDB İcraiyyə Komitəsinin başçısı Sergey Lebedev bildirib ki, MDB-yə üzv dövlətlərin hökumət başçılarının növbəti iclası 2023-cü il iyunun 2-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.
Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrlik Qırğız Respublikasına keçir.