Ermənistan Xarici İşlər Nazirliyi Şirazda baş vermiş terror aktı ilə bağlı İrana başsağlığı verib.
“Şirazın Şahçeraq məscidində törədilmiş terror aktı nəticəsində günahsız insanların həlak olması ilə bağlı İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı bildiririk. Xəsarət almış şəxslərin tezliklə sağalmasını arzu edirik”,- XİN mətbuat katibi twitter mikrobloqunda bildirdi.