İsrailin müdafiə naziri Benni Qantz Türkiyədə səfərdədir.
Bu barədə İsrailin Türkiyədəki səfiri İrit Lillian "Twitter"də bildirib.
“Müdafiə naziri Benni Qantz, Ankaraya xoş gəlmisiniz. İsrail və Türkiyə arasında əlaqələri gücləndirəcək səmərəli danışıqları səbirsizliklə gözləyirik”, - səfir yazıb.
Qeyd edək ki, İsrail mətbuatı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb ki, Qantz türkiyəli həmkarı Hulusi Akar və Prezident Ərdoğanla görüşəcək.