Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Həmsöhbətlər 10 noyabr Bəyanatının icrası ilə bağlı bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məqsədilə yaradılmış Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələlər müzakirə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.