NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək və İsveç və Finlandiyanın Alyansa qoşulması məsələsini müzakirə etmək üçün Ankaraya gedəcək.
Ukraynadakı vəziyyətə toxunan Stoltenberq qeyd etdi ki, Kiyevin Moskva ilə mümkün danışıqlarda uğur qazanması Ukrayna silahlı qüvvələrinin döyüş meydanındakı gücündən asılıdır.