Oktyabrın 27-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Silahlı Qüvvələri Nazirliyinin nümayəndə heyəti ilə görüşüb. Nümayəndəliyi Fransa Respublikası SQ-nin Beynəlxalq Əlaqələr və Strategiya Baş İdarəsinin rəisi Giyom Olanjie başçılıq edib. Görüşdə Fransanın Ermənistandakı səfiri Ann Luyo da iştirak edib.
TŞ katibi Armen Qriqoryan nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb və səfərin əhəmiyyətini vurğulayıb.
Armen Qriqoryan və Giyom Olanjie Ermənistan-Fransa münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində hər iki tərəfin atdığı fəal addımları məmnunluqla vurğulayıblar.
Görüşdə A. Qriqoryan ER Silahlı Qüvvələrində aparılan islahatlar prosesini və regional sülhün əldə edilməsinə yönəlmiş səyləri təqdim edib. Həmsöhbətlər müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.