ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedan Patel brifinqdə deyib.
O, vurğulayıb ki, ABŞ hər iki ölkənin liderini onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırıb: “Bizim baxışımız budur ki, birbaşa dialoq bu məsələlərin həllinin və uzunmüddətli sülhə nail olunmasının açarıdır”.
Patel qeyd edib ki, ABŞ hər zaman Cənubi Qafqazın hər üç ölkəsinin suverenliyi və müstəqilliyini dəstəkləyib.
O əlavə edib ki, 1991-ci ildə Ermənistan, Azərbaycan və Gürcüstanın Sovet İttifaqından ayrılaraq öz müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə öz xarici siyasət maraqlarını və suverenliyini həyata keçirmək hüququ verib.
Qeyd edək ki, oktyabrın 31-də soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.