Oktyabrın 26-da Roma Papası Fransisk Vatikanda rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.
Xarici işlər naziri Ararat Mirzoyan görüşmək imkanına görə minnətdarlığını bildirərək, erməni xalqının və hökumətinin səmimi salamlarını çatdırıb.
Nazir qeyd edib ki, onun Vatikana səfəri Ermənistan ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir və bu, çoxəsrlik tarixi əlaqələrə və oxşar mənəvi dəyərlərə əsaslanan ikitərəfli münasibətləri müzakirə etmək üçün yaxşı fürsətdir.
ER XİN rəhbəri 44 günlük müharibə və ondan sonrakı dövr ərzində Papanın verdiyi çoxsaylı müraciətlərə və sülh çağırışlarına görə minnətdarlığını bildirib.
Nazir Mirzoyan regionda yaradılmış vəziyyəti təqdim edərək, humanitar məsələlərin həllinin vacibliyini vurğulayıb və bununla bağlı ER Baş nazirinin müraciətini Roma Papasına çatdırıb.