İstəyərəm ki, bu ilin sonuna qədər sülh müqaviləsi imzalansın. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parlament-Hökumətin sual-cavab sessiyası zamanı deyib.
“Mən və hökumət bunun reallaşması üçün hər cür səy göstərəcəyik”- deyə o vurğulayıb.
ER baş naziri qeyd edib ki, hökumət ümid edir ki, delimitasiya işləri sülh müqaviləsi imzalanana qədər yekunlaşacaq.
“Nəzərə alsaq ki, Praqada 1991-ci ilin sərhədləri əsasında bunun baş verəcəyi ilə bağlı razılıq əldə etmişik, bu, real ola bilər, çünki o sərhədlər məlumdur”, - deyə Paşinyan bildirib.
Paşinyan Dağlıq Qarabağla Azərbaycan arasında beynəlxalq səviyyədə görünən dialoqun başlanmasının vacibliyini də vurğulayıb.
“Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün müəyyən görünən mexanizmlər olmalıdır. Bu, çox yaxşı olacaq və bunu bacarsaq, çox razı qalacağam”, - deyə Paşinyan bildirib.