Azərbaycanın son təcavüzündən sonra KTMT-dən rəsmi reaksiyalar necədir və bununla bağlı gözləntilər necədir? Parlament-Hökumətin sual-cavab sessiyası zamanı “Mülki müqavilə” fraksiyasının deputatı Lilit Minasyan bu sualı baş nazir Nikol Paşinyana ünvanlayıb.
“Biz KTMT-yə müraciət etmişik, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında da qərar qəbul edilib, nəticədə bir qrup Ermənistana gəlib, vəziyyəti yerindəcə müşahidə edib, dəyərləndirib. Yaxın vaxtlarda biz bu hesabatı müzakirə etmək üçün Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasını keçirəcəyik. Ümid edirəm ki, sessiya mümkün qədər tez baş tutacaq.
Bizim gözləntimiz odur ki, KTMT baş verənlərə aydın siyasi qiymət verəcək, Ermənistanın ərazi bütövlüyünün bərpası ilə bağlı yol xəritəsi qəbul edəcək”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, bu, təkcə ER hökumətinin deyil, həm də xalqın gözləntisidir.
“Düşünürəm ki, bu iki qərarın qəbulu ilə ictimaiyyət və hökumət tərəfindən qaldırılan bir çox suallara cavab veriləcək”, - deyə Paşinyan bildirib.