İran Avropa İttifaqından olan 12 fiziki və 8 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi müvafiq qaydalar və müvafiq sanksiya mexanizmləri çərçivəsində cavab tədbiri olaraq Avropa Birliyindəki qurum və şəxslərə terrorizm və terror qruplaşmalarına dəstək üçün məqsədyönlü hərəkətlərinə görə sanksiya tətbiq edib.
Sanksiyaya məruz qalan qurumlar arasında - Avropa parlamentində “Azad İranın Dostları” adlı qrup və onun üzvləri, Beynəlxalq Ədalət Axtarış Komitəsi və onun üzvləri, “Stop the Bomb” təşkilatı, Almaniyanın “Deutsche Welle Farsi” xəbər saytı, Fransanın “Fars RFA” saytı, Fransa Beynəlxalq Anti-İrqçilik və Antisemitizm Liqası, Almaniyanın "Karl Kolb" şirkəti və s. yer alıb.
Qeyd olunan sanksiyalara vizaların verilməsinə qadağa qoyulması və yuxarıda adı çəkilən şəxslərin İran İslam Respublikasına girişinin mümkünsüzlüyü, İran İslam Respublikasının yurisdiksiyasında olan ərazidəki əmlak və aktivlərinin müsadirə edilməsi daxildir.