Oktyabrın 25-də Santa Maria Maggiore Papa Katedralində Müqəddəs Taxt-tacın dövlət katibi Pietro Parolinin rəhbərliyi ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş “Ermənistana sülh” adlı müqəddəs mərasim keçirilib.
Mərasimdə XİN başçısı Ararat Mirzoyan Ermənistana ünvanlanan ruhlandırıcı sözlərə və arzulara görə təşəkkür etdi.
“Müqəddəs Liturgiyaya sədrlik etmək və Yerevanla Vatikan arasında qardaşlıq münasibətlərinin 30 illiyini bizimlə birlikdə qeyd etmək qərarınız bizi dərindən sevindirdi.
Münaqişələrə və xüsusən də son zamanlar qonşu ölkə tərəfinən güc tətbiqi nəticəsində yaranan çoxsaylı problemlər və fəlakətlərə baxmayaraq, bizim ölkəmiz insanlıq və həmrəylik kimi ali məqsədlərə inamını heç vaxt itirmədi.
Erməni xalqı 2020-ci ildə 44 günlük müharibə zamanı və ondan sonra erməni xalqına qarşı törədilən son təcavüzdən sonra Papa Fransisk sülh çağırışları və həmrəylik mesajları yeksək qiymətləndirir.
Ermənistan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər diplomatik münasibətlərin tarixi qarşılıqlı səylər sayəsində daim inkişaf edən və dərinləşən yüksək səviyyəli siyasi dialoqla ayrılır. Biz kilsələrarası dialoqu yüksək qiymətləndiririk”,- deyə Ararat Mirzoyan qeyd etdi.