Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş hazırlanır, onun vaxtı və yeri daha sonra müəyyənləşəcək, RİA Novosti yazır.
“Biz artıq demişdik ki, belə bir üçtərəfli görüş hazırlanır, onun baş tutacağına ümid edirik. Biz görüşün yeri və vaxtı ilə bağlı əlavə təlimatları vaxtında təqdim edəcəyik”, - deyə Peskov bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi üçtərəfli görüş üçün Rusiyaya dəvət edib.