Oktyabrın 31-də Soçidə üçtərəfli görüş keçirmək üçün Rusiya Federasiyası prezidentinin dəvəti var və mən iştirakımı təsdiqləmişəm. Bu barədə ER Baş naziri Nikol Paşinyan Parlament-Hökumətin sual-cavab sessiyası zamanı Ermənistan Parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Sargis Xandanyanın sualını cavablandırarkən deyib.
“Düzünü desəm, Azərbaycan tərəfinin iştirakını təsdiq edib-etməməsi ilə bağlı məndə məlumat yoxdur”, - deyə baş nazir bildirib.
Görüşdən gözləntilərdən danışan Nikol Paşinyan qeyd edib. “Hesab edirəm ki, sonuncu dəfə ötən ilin noyabrında həmin formatda üçtərəfli görüş keçirilib və düşünürəm ki, ən mühüm gözləntilər bu müddət ərzində baş verən hadisələrin qiymətləndirilməsi və şərhi ilə bağlıdır, üstəlik, daha da geriyə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata gedə bilərəm.
Və hesab edirəm ki, çoxlu yığılmış məsələlər var ki, bunlarla bağlı fikir mübadiləsi aparılmalı, dəqiqləşdirmələr edilməli, suallar qaldırılmalıdır, bu məsələlərin gündəliyində, Dağlıq Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsini daxil olmaqla sizə məlum məsələlərdir.
Bilirsiniz ki, bu ilin mart ayında Azərbaycan silahlı qüvvələri Rusiya sülhməramlılarının məsuliyyət zonasına soxulmuşdu və gizlətmədim ki, sülhməramlıların heç bir reaksiya verməməsi və əslində bu funksiyaları yerinə yetirmək üçün gördükləri tədbirlər bizim üçün o qədər də başa düşülən deyil.
Bilirsiniz ki, üçtərəfli işçi qrupunda əldə olunan razılaşmalara baxmayaraq, hər hansı dəhlizlərlə bağlı bəyanatlar verilir, üstəlik bu yalnız Azərbaycan tərəfindən verilmir. Rusiyada da bəzi anlaşılmaz adamlar var ki, Rusiya prezidentinin açıqlamalarına, imzalanmış sənədlərə və RF XİN-in etdiyi bəyanatlara, RF Baş Nazirinin müavininin bəyanatlarına baxmayaraq, o narativi inkişaf etdirməyə çalışırlar və məncə, çox vacib və aktiv müzakirə aparılmalı olan bir çox suallar var”.
Nikol Paşinyan ötən il noyabrın 26-da üçtərəfli bəyanata istinad edərək vurğulayıb ki, həmin bəyanatda yazılıb ki, tərəflər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsini artırmaq və sərhədin demarkasiyası komissiyasının işə başlaması üçün tədbirlər görməyə razılaşıblar.
“O zaman biz həmin bəyanatın mətninə əsaslanaraq deyirdik ki, əvvəlcə təhlükəsizlik tədbirləri və mexanizmləri yaratmalıyıq, sonra yalnız delimitasiya prosesinin başlanmasından danışaq və o zaman bir sıra tərəfdaşlarımız, o cümlədən Rusiya Federasiyasından tərəfdaşlarımız delimitasiya komissiyasının fəaliyyətinin özünün təhlükəsizlik mexanizmi olacağı bildirirdilər. Biz o vaxt bu fikri bölüşmürdük, amma prosesin dalana dirənməməsi üçün çeviklik nümayiş etdirməyə qərar verdik, lakin delimitasiya komissiyası formalaşandan sonra 13 sentyabr təcavüzü baş verdi və açığı, o vaxt delimitasiya komissiyasının yaradılmasının həm də təhlükəsizlik mexanizmi olacağını deyən həmkarların hələ də 13 sentyabr təcavüzü ilə bağlı dəqiq siyasi mövqe bildirməmələri mənim üçün anlaşılmazdır. Bunlar, əlbəttə ki, Rusiya Federasiyasının prezidenti ilə ikitərəfli görüş formatında müzakirə edəcəyim suallardır”, - deyə Paşinyan bildirib.