ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyasının nümayəndə heyəti oktyabrın 24-də Cermuka səfər edib.
Bu barədə Cermuk icra hakimiyyətinin başçısı Vahagn Arsenyan öz Facebook səhifəsində məlumat verib.
“Müdafiə mövqelərinə getməkdən əvvəl general-mayor Smbat Qriqoryan və yüksək rütbəli hərbi zabitlərin iştirak etdiyi görüşdə onlara sentyabrın 13-də azərbaycanlıların hücumundan sonra yaranmış vəziyyət, mülki infrastruktura dəymiş ziyan, eləcə də, Azərbaycan təcavüzündən sonra yaranan təhlükələr (Azərbaycan qoşunlarının şəhərdən uzaqlığı və onların indiki yerləri) təqdim edilib.
Nümayəndə heyəti müdafiə mövqelərinə, Cermuk kanatına, eləcə də şəhərin müxtəlif hissələrinə baş çəkib, dəymiş ziyan barədə təqdim olunan məlumatlar faktlarla qeyd olunub”.