Azərbaycan Ordusu Türkiyədə keçirilən “Saha Expo" sərgisində nümayiş olunan əksər silahlarla maraqlanır, artıq müqavilələr də imzalanıb. Bu barədə Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.
“Xüsusən qeyd etmək istərdim ki, son illərdə Türkiyədə silah istehsalında böyük işlər görülüb. Bu, bizi sevindirir”, - Zakir Həsənov vurğulayıb.
Azərbaycanın müdafiə naziri Azərbaycan ordusunda “Türkiyə modeli”nin tətbiqi üzrə görülən bir sıra işləri də açıqlayıb: “İşlərin əksəriyyətini görmüşük. Təşkilatı-ştat strukturu dəyişib, sistem, əsasən idarəetmə dəyişib. Bu uğurla tətbiq olundu. Bu, son döyüşlərdə də özünü göstərdi”.