ABŞ qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün Ukraynaya “HAWK” zenit raket kompleksi tədarük etməyi nəzərdən keçirir. Məlumatı “Reuters” yayıb.
Bildirilib ki, Ağ ev qurğuların ötürülməsi üçün “PDA” prosesindən istifadə edir. “PDA” ABŞ-a konqresin icazəsi olmadan müdafiə malları və xidmətlərini anbarlardan sürətlə ötürməyə imkan verir.
Məlumata görə, “HAWK” sistemi “PATRIOT” hava hücumundan müdafiə kompleksinin veriləcəyinin xəbərçisi sayılır.
Hələlik Ukrayna rəsmiləri “PATRİOT”la bağlı müraciət etməyiblər. Ona görə də “HAWK”ı müjdəçi sayırlar.