“Əminəm ki, Azərbaycan prezidenti ilə işgüzar görüş zamanı biz Gürcüstanın regionun sülh və sabitliyinə necə daha böyük töhfə verə biləcəyini müzakirə edəcəyik”, - deyə Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili bildirib.
Nazirin sözlərinə görə, Gürcüstanın regionda sülh və sabitliyə dair mövqeyi hamıya məlumdur.
“Bildiyiniz kimi, Gürcüstanın mövqeyi ondan ibarətdir ki, regionda sülh və sabitlik xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan həmişə regionda sabitliyin və sülhün təmin olunmasına mühüm töhfə verməyə hazır olduğunu bəyan edib. Bu səfər zamanı bu məsələləri müzakirə etmək imkanı olacaq ki, Gürcüstan bu istiqamətdə öz töhfəsini verə bilsin”, - deyə İlya Darçiaşvili bildirib.