Rusiya ilə danışıqlara nə vaxt başlamağa Kiyev özü qərar verməlidir. Bunu Avropa Şurasının sədri Şarl Mişel bildirdi.
“Heç kim Ukrayna üçün hansı şərtlərlə danışıqlar aparmalı, hansı güzəştlərə getməli olduğuna qərar verə bilməz. Biz Kiyevi maliyyə, hərbi və siyasi cəhətdən güclü şəkildə dəstəkləyirik. Amma Ukrayna öz taleyinin sahibidir, ona görə də danışıqlara başlamaq üçün vaxt seçmək onun suveren hüququdur”,- Şarl Mişel vurğuladı.