Tbilisiyə işgüzar səfər edən Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib ki, görüş zamanı Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması müzakirə edilib:
“Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi apardıq”.
O vurğulayıb ki, əgər Ermənistan tərəfi buna hazırdırsa, onlar buna hazırdır.