Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyəyə işgüzar səfərə gedib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də Türkiyədə keçiriləcək “Saha Expo" sərgisində iştirakı planlaşdırılır.