Rişi Sunak Böyük Britaniyanın yeni Baş naziri olub.
Onu 180 mühafizəkar deputat dəstəkləyib, yeganə rəqibi Penni Mordont isə 30 səs belə toplaya bilmədiyindən namizədliyini geri götürüb. Nəticədə R.Sunak avtomatik olaraq Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri seçilib.
Bununla da 42 yaşlı siyasətçi Britaniya tarixində son 200 ilin ən gənc Baş naziri olub.
Xatırladaq ki, Liz Trass oktyabrın 20-də 45 günlük hakimiyyətindən sonra istefaya gedib.