ER Parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Vahagn Aleksanyan bu həftə Helsinkidə NATO PA-nın Rouz-Rot seminarında iştirak edib. O, bu barədə “Facebook” səhifəsində məlumat verib.
“İştirak edən dövlətlərin parlamentariləri ilə təmaslar zamanı mən Azərbaycanın Ermənistana qarşı son təcavüzünün şərtlərini və onun beynəlxalq səviyyədə qınanmasının zəruriliyini təqdim etdim.
Mən deputatlara əminliklə bildirdim ki, Ermənistan xalqı demokratik dəyərləri qorumaq və möhkəmləndirmək əzmindədir. Seminarda müzakirə olunan əsas mövzular Rusiya-Ukrayna müharibəsi, Finlandiya və İsveçin NATO-ya daxil olması məsələləri olub.
Helsinkidə yerləşən hərbi hissədə Finlandiya Prezidenti və Parlamentin sədri çıxış etdilər, Finlandiya Silahlı Qüvvələrinin komandanının müavini Helsinkidə yerləşən hərbi hissədə Finlandiyanın müdafiə konsepsiyası haqqında məruzə ilə çıxış etdi, Finlandiya ordusunda xidmətin təfərrüatları ilə məhz hərbi hissədə tanış olduq”, - deyə o yazıb.