Oktyabrın 20-də Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin dini liderlərinin üçüncü görüşündə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə növbəti dəfə Qarabağ münaqişəsi, türk-islam mədəni-mənəvi irsinin, ziyarətgahların dağıdılması və digər mövzularla bağlı yalan və aldadıcı bəyanatlar səsləndirib. Bu barədə Müqəddəs Eçmiadzin informasiya aparatının bəyanatında deyilir.
“Qəribədir ki, 2020-ci ildə Azərbaycanın Artsax xalqına qarşı başlatdığı müharibədən və törətdiyi qeyri-insani vəhşiliklərdən sonra şeyxülislam Allahşükür Paşazadənin təxribat xarakterli çıxışı heç dəyişməyib.
Dini liderlərin üçtərəfli görüşlərində qəbul edilən bəyanatların ruhuna zidd olaraq, guya xalqların dinc yanaşı yaşamasını vurğulayan Qafqaz Müsəlmanları İdarəsinin sədri eyni zamanda Azərbaycanın davam edən təcavüzü, döyüşkənliyi və ermənilərə qarşı nifrəti, Ermənistanın suveren ərazisinə hücum, sərhədlərdə hər gün təxribat törədilməsi, dinc yaşayış məntəqələrinin atəşə tutulması, beynəlxalq ictimaiyyət və strukturlar tərəfindən aydın və hərtərəfli sənədləşdirilmiş erməni hərbi əsirlərin qanunsuz saxlanması və işgəncələrə məruz qalma, vəhşicəsinə həyatdan məhrum etmə, qurbanların cəsədlərinin şikəst edilməsi və təhqir edilməsi, Artsax xalqımızın azad və müstəqil yaşamaq hüququnun pozulması, erməni tarixi, mədəni və mənəvi irsinin dağıdılması faktları ilə bağlı susur.
Sadalanan məsələlər tez həllini tələb edir, humanitar məsələlər isə Azərbaycanın dini liderinin diqqətinə və vasitəçilik səylərinə daha çox ehtiyac duyur”- deyə məlumatda qeyd edilib.
Müqəddəs Eçmiədzin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşüquyur Paşazadəni öz çağırışına və missiyasına sadiq qalaraq bu istiqamətdə görünən addımlar atmağa çağırıb.