Avropa İttifaqı gələn il Ukraynaya 18 milyard avro ayıracaq.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Aİ gələn il Ukraynaya Rusiyanın hücumlarına qarşı mübarizə apara bilməsi üçün hər ay 1,5 milyard avro ayıracaq.
Fon der Lyayen qeyd edib ki, ittifaq bu vaxtadək Ukraynaya 19 milyard avro yardım edib.