Oktyabrın 20-də Lissabonda Ermənistan və Portuqaliyanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub.
Erməni tərəfdən məsləhətləşmələrdə ER XİN-in Avropa departamentinin rəhbəri Ara Marqaryan, Portuqaliya tərəfdən isə Portuqaliya XİN-in Avropa məsələləri üzrə departamentinin rəhbəri Paulo Santos iştirak edib. Məsləhətləşmələrdə ER-in Portuqaliyadakı səfiri Karen Nazaryan da iştirak edib.
Məsləhətləşmələr zamanı həmçinin ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımlar müzakirə edilib, əməkdaşlığın təşviq edilməsi və məqsədyönlü təşəbbüslərin irəli sürülməsinin zəruriliyi barədə fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq və regional hadisələrə də toxunublar. Ara Marqaryan 44 günlük müharibənin və Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı həyata keçirdiyi təcavüzün təfərrüatlarını və humanitar nəticələrini Portuqaliya tərəfinə ətraflı təqdim edib.
Tərəflər Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması, eləcə də Azərbaycanda qeyri-qanuni saxlanılan bütün erməni hərbi əsirlərin dərhal vətənə qaytarılmasını yenidən təsdiqləyiblər.