Avropa İttifaqı Ermənistanda Azərbaycanla sərhəddə yerləşdirilən müşahidə missiyasının təfərrüatlarını açıqlayıb.
Bəyanatda bildirilir ki, Ermənistan və Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədin Ermənistan tərəfində yalnız mülki müşahidəçilər yerləşdiriləcək.
Aİ müşahidəçiləri sərhəddə baş verənlər, o cümlədən insan hüquqları ilə bağlı öz müşahidələrini təqdim edəcək, o, hakim rolunu öz üzərinə götürməyəcək, vəziyyətlə bağlı müşahidələrini Avropa strukturlarına və xidmətlərinə ötürəcək.
Bəyanatda həmçinin qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında razılaşma əsasında Aİ iki tərəf arasında sülh prosesinin idarə olunmasında yaxından iştirak edir.