ER xarici işlər naziri Ararat Mirzoyan Ermənistan tərəfinin Təbrizdə Baş konsulluq açmaq istəyini bir daha təsdiqləyib. O, bunu Kapan şəhərində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da iştirak etdiyi İran konsulluğunun açılış mərasimində deyib.
Mirzoyan çıxışında Ermənistan-İran əməkdaşlığının istiqamətlərinə və yeni açılan konsulluğun əhəmiyyətinə də toxunub.
“İİR həmişə ER üçün əsas tərəfdaş olub və bundan sonra da olacaq. Əməkdaşlığımıza kifayət qədər əhatəli siyasi gündəm, eləcə də ticarət, enerji, nəqliyyat, turizm, mədəniyyət, elm, təhsil sahələrində möhkəm əlaqələr daxildir və ümid edirik ki, bu əlaqələr daha da dərinləşəcək və bu gün açılan konsulluq sayəsində keyfiyyət və praktiki yeni nəfəs alacaqdır.
Əminəm ki, Baş konsulluq da erməni və İran xalqları arasında insani əlaqələrin daha da fəallaşmasına öz töhfəsini verəcək”, - deyə Mirzoyan bildirib.
Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahիan dünən Ermənistana rəsmi səfərə gəlib.