Fransa prezidenti Emmanuel Makronun “France 2” telekanalına müsahibəsində
Azərbaycan prezidenti İlham Əliyevlə bağlı səsləndirdiyi tənqidi çıxışı Fransanın Ermənistan və Azərbaycan arasında sülhə gedən yolda irəliləyişə tam sadiqliyini heç bir şəkildə dəyişdirmir. Bunu Fransa XİN bəyanatında qeyd olunub.
“Oktyabrın 6-da Avropa Siyasi Birliyinin birinci sammiti çərçivəsində Şarl Mişel, prezident Əliyev və baş nazir Paşinyanla dördüncü dördtərəfli görüşün keçirilməsi məhz Fransa prezidentinin sayəsində mümkün oldu. Fransa iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar istiqamətində Aİ ilə gedən prosesi tam dəstəkləyir”.